İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuranin iş yoldaşı “Heç kim bilmirdi ki, xərçəngdir...”

“Nurani Qasımova ilər əvvəl “Zerkalo”, daha sonra “Exo” qəzetində birlikdə işləmişik. Sonralar isə “Minval” da 5 il birgə çalışdıq. Çox gözəl və son dərəcə mehriban insan idi. Ona müraciət edəndə həmişə xoş sözlər deyirdi. Hamımız onu çox sevirdik”.Musavat.com bildirir ki, bu sözləri “Minval.az” saytının  əməkdaşı Ramell İbrahimxəlilova jurnalistlə vida mərasimində deyib.

Рамелла Ибрагимхалилова (@ramellaibragimkhalilova) • Instagram photos and  videos

Jurnalist bildirib ki, Nuranin səhhətinin getdikcə pisləşdiyini görsələr də, onun xəstəliyinin xərçəng olduğunu bilməyiblər:“Biz görürdük ki, vəziyyəti getdikcə pisləşir. Həmişə ona deyirdik: “Nurani, get xəstəxanaya, həkimə müraciət et. Qoy həkimlər səni müayinə etsin, müalicə alsın”. O isə deyirdi: “Yox, bir az gözləyin”. Doğrusu, bilmirdik ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Xəbərimiz yox idi, heç kim bilmirdi. Buna baxmayaraq, xəstəlikdən xəbərsiz şəkildə uzun müddət işləməyə davam etdi.Çox gözəl insan idi... Belə bir insanı faciəvi şəkildə itirmək çox ağırdır. Allah yerini cənnət eləsin. İki gün bundan əvvəl yuxuda onu gördüm. Çox gözəl görünürdü. Ondan soruşdum: “Nurani, özünü necə hiss edirsən?” Dedi: “Yaxşıyam, yaxşıyam...” Onda başa düşdüm ki, yeri cənnətlikdir. Başqa cür də ola bilməz. Allah Nuraniyə və onun ata-anasına rəhmət eləsin”.

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR