İnsanlara hürriyət, millətlərə istiqlal!

Krasnodarda dron dəhşəti: Mülki infrastruktura zərbə endirildi, iki uşaq həlak oldu!

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk dəniz limanına pilotsuz uçuş aparatları ilə (PUA) hücum təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukraine" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, hava zərbələri nəticəsində liman ərazisində lövbər salmış gəmilərdən birinə ciddi ziyan dəyib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev hücum faktını təsdiqləyərək zərbələrin yalnız hərbi infrastruktura deyil, həm də mülki obyektlərə və yaşayış binalarına dəydiyini bildirib.

Qubernatorun sözlərinə görə, dron hücumu zamanı Yeysk şəhərində iki azyaşlı uşaq həlak olub, daha iki böyük yaşlı sakin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ərazidə dağıntıların miqyasını müəyyənləşdirmək üçün fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR