İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən Türkiyəyə GÖZLƏNİLMƏZ MESAJ

İsrail xarici işlər naziri Gideon Saar Suriyada yerləşən Əbu-Duhur aviabazasına İsrailin son zərbəsi fonunda yaranmış gərginliklə əlaqədar Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsində maraqlı olmadıqlarını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə nazir İsrailin Channel 12 telekanalının efirində bildirib.

“Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik”, - o deyib.

Bununla yanaşı, xarici işlər naziri İsrailin mövcud status-kvonu qorumaq niyyətində olduğunu və Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına razı olmayacağını vurğulayıb.

Saarın sözlərinə görə, İsrail İranın Livanda və Qəzza sektorunda təsirini gücləndirməsi təcrübəsini nəzərə alır və Türkiyə ilə Suriya münasibətlərində də oxşar ssenarinin təkrarlanmasını istəmir.

Nazir əlavə edib ki, İsrail hər zaman diplomatik həll yollarına üstünlük verir və Ankara ilə münasibətləri məqsədyönlü şəkildə gərginləşdirmək niyyətində deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR