İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatimə: “İlk sevgim, duam odur”

Rəqqasə Fatimə Fətəliyeva anası Səkinə xanımla bağlı paylaşım edib.

Sənətçi “Sənin sevdiyin gün dünyaya gəlmişəm...” adlı mahnını ilk dəfə anasının qarşısında ifa etdiyini bildirib. Fatimə qeyd edib ki, mahnı sevgi haqqında olsa da, onun üçün hər sevginin başlanğıcında anasının xeyir-duası dayanır.

“Bəlkə bu mahnını hər kəs öz sevdiyinə həsr edəcək, öz hekayəsini tapacaq içində. Mən isə ilk dəfə onu anamın qarşısında oxudum. Çünki mənim həyatda ilk sevgim, ilk duam, ilk sığınacağım anam olub. Dostlar, siz bu mahnını kimin üçün oxuyardınız? Sevdiyiniz insan üçün, yoxsa həyatınızın ən böyük sevgisi olan ananız üçün?” deyə, rəqqasə yazıb. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR