Onlayn ictimai-siyasi qəzet
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.
Aparıcı “Günaydın, Azərbaycan” verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Lakin onların vəfatından sonra verilişə çıxmaq onun üçün ağır olub:
“Verilişə valideynlərimlə çıxırdım. Sonra orada çıxış etmək mənə valideynlərimi xatırladırdı. Çox pis olurdum, yaramın qaysağı qopurdu. Ona görə də o layihədən getdim”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı əvvəl anasını, bir müddət sonra isə atasını itirib. (Axşam.az)
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ