Onlayn ictimai-siyasi qəzet
Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu. Az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Bakının Xətai rayonunda yanğın başlayıb.
Hadisə 8 Noyabr prospektində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ