Onlayn ictimai-siyasi qəzet
Hindistanda 18 yaşlı gəncin iPhone istəyi dəhşətli ailə faciəsi ilə nəticələnib.
Musavat.com xəbər verir ki, Kunal adlı 18 yaşlı gənc valideynlərinin ona iPhone almamasından sonra uçurumun kənarına çıxaraq özünü atacağı ilə hədələyib.
Atası təxminən üç saat ərzində oğlunu fikrindən daşındırmağa çalışıb. Lakin danışıqlar zamanı gənc uçurumdan yıxılıb və atasını da özü ilə birlikdə aşağı sürükləyib. Nəticədə ata və oğul həyatını itirib.
Məlumata görə, faciədən sarsılan ana da daha sonra özünü qayadan ataraq həyatına son qoyub.
Musavat.com
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ