İnsanlara hürriyət, millətlərə istiqlal!

Fedorov Ukraynadakı korrupsionerlərin adlarını AÇIQLAYACAQ

Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov bildirib ki, korrupsiya Ukraynanın müharibəni güclü mövqedən başa çatdırmasına mane olur.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, söhbət ayrı-ayrı şəxslərdən deyil, “yüzlərlə insandan” gedir.

Sabiq nazir korrupsiyada ittiham olunan şəxslərin adlarını niyə açıqlamadığı barədə suala cavab verərkən deyib:

“Zamanı gələcək - bütün ukraynalılar bu adları biləcəklər. Kimsə bunu hüquq-mühafizə orqanlarının materiallarından, kimsə jurnalist araşdırmalarından, kimsə isə başqa səbəblərdən öyrənəcək. Biz də bu istiqamətdə öz işimizi görürük. Nəticədə bütün adları... ölkəmizdə hamı hər şeyi öyrənəcək, həmişə belə olub. Bizdə belə bir mədəniyyət var. Bu halda da bu, mütləq baş verəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR