İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə TV dövrü bitir – xalq deyilənlərə inanmır, statistika

Rusiyada televiziyaya etibar edənlərin payı tarixi minimuma düşüb. Ölkənin ən məşhur siyasi tok-şoularının auditoriyasında da ciddi azalma qeydə alınıb.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrinə əsasən, iyun ayında rusiyalıların cəmi 37 faizi televiziyanı etibarlı informasiya mənbəyi hesab edib.

Müqayisə üçün, 2016-cı ildə bu göstərici 60 faiz idi. Beləliklə, 10 il ərzində televiziyaya etimad 23 faiz bəndi azalıb.

Azalma Rusiyanın ən böyük siyasi tok-şoularının auditoriyasında da özünü göstərir. Son iki ildə “60 минут” proqramı auditoriyasının təxminən dörddəbirini itirib.

“Время покажет” verilişinin əhatə dairəsi təxminən 17 faiz, “Воскресный вечер” proqramının auditoriyası isə təxminən 40 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR