İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya səmasında gərginlik: İsrail və Türkiyə arasında məxfi rabitə kanalları işə düşdü

İsrail və Türkiyə Suriya ərazisində iki ölkə silahlı qüvvələrinin birbaşa hərbi toqquşmasının qarşısını almaq məqsədilə qapalı rabitə kanallarını aktiv saxlayır.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin KAN dövlət telekanalı ölkənin təhlükəsizlik sistemindəki mövsümi mənbələrinə istinadən məlumat yayıb.  Mənbənin iddiasına görə, bu məxfi kanallar vasitəsilə tərəflər arasında operativ xəbərdarlıqlar və mühüm hərbi mesajlar ötürülür ki, bu da gözlənilməz kəşfiyyat və ya aviasiya insidentlərinin qarşısını almağa imkan verir.

Təl-Əviv rəhbərliyi Türkiyəni birbaşa düşmənə çevirmək niyyətində olmadığını bildirsə də, diplomatik siqnalların və xəbərdarlıqların nəticə vermədiyi təqdirdə İsrailin sərt addımlar atmaq məcburiyyətində qalacağını vurğulayıb. 

Xüsusilə Türkiyənin Suriyadakı hərbi varlığını genişləndirməsi, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemləri və radarlar yerləşdirmək cəhdləri İsrail tərəfindən "qırmızı xətt" kimi qiymətləndirilir. Son olaraq İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbindəki "Əbu əl-Duhur" aviabazasına endirdiyi zərbələrin də məhz Ankaraya ünvanlanmış analoji xəbərdarlıq siqnalı olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR