Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts Şimali Reyn-Vestfaliyaya səfəri zamanı fitə basılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, etirazçılar Fridrix Merts-i meşə yanğınları səbəbindən tətilini qısaltmadığına görə tənqid ediblər.
Kansler kömək edənlərlə danışmağa üstünlük verdiyini bildirib.
Kanslerə etiraz edənlər onu "Meşə yanır və Fridrix yatır" yazılmış lövhələrlə qarşılayıblar.
Bu səfər kanslerin yay tətilindən bəri ilk dəfə ictimaiyyət qarşısında çıxışı olub. Onun böyük yanğınların ən qızğın vaxtında iş başında olmaması Almaniyada əskin tənqidlərə səbəb olub.
Merts meşə yanğınlarını iqlim dəyişikliyi ilə əlaqələndirib.
“Güman ki, bu cür hadisələr daha tez-tez baş verəcək. Bu, iqlim dəyişikliyi üzündəndir", - kansler bildirib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ