Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələri ABŞ-ın tətbiq etməyə hazırlaşdığı yeni iqtisadi və siyasi sanksiyalara qarşı sert cavab tədbirləri görəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdollahi xəbərdarlıq edib.
"İran Silahlı Qüvvələrinin quruda, dənizdə, havada, hava hücumundan müdafiə və kiberməkan sahələrindəki yüksək döyüş hazırlığı sayəsində düşmən tərəfindən gələn hər bir yeni təhdidə əzici, cəzalandırıcı və məhvedici cavab veriləcəkdir", – deyə İran general-mayoru vurğulayıb.
Tehranın bu sərt bəyanatı Vaşinqtonun İrana qarşı tarixinin en ağır və əhatəli maliyyə məhdudiyyətlərini tətbiq edəcəyi ilə bağlı rəsmi xəbərdarlığından dərhal sonra səslənib. Ekspertlər iki ölkə arasında hərbi-siyasi gərginliyin daha da kəskinləşə biləcəyini proqnozlaşdırırlar.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ