Onlayn ictimai-siyasi qəzet
Gəncədə çayxanada domino oynayan iki pensiyaçı arasında yaranan mübahisə ölümlə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib.
İlkin məlumata görə, 65 yaşlı Musa Musayevlə 66 yaşlı Nizami İskəndərov domino oynayarkən aralarında söz atışması yaranıb. Mübahisə həmin vaxt sakitləşdirilsə də, tərəflər bir müddət sonra yenidən qarşılaşıblar. Bu dəfə mübahisə davaya çevrilib.
Dava zamanı Nizami İskəndərovun Musa Musayevə kəsici alətlə xəsarət yetirdiyi bildirilir. Ağır yaralanan 65 yaşlı kişi xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi üzrə araşdırma aparılır. Hadisənin bütün təfərrüatları istintaqın gedişində müəyyənləşdiriləcək.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ