İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tutduğu vəzifədən azad edilib.

Ramil Vəlibəyov uzun müddətdir YAP Nizami rayon təşkilatına rəhbərlik edirdi.

Onun hansı səbəbdən vəzifəsindən kənarlaşdırıldığı hələlik rəsmi olaraq açıqlanmayıb.

Qeyd edək ki, 3 gün öncə YAP Nizami rayon təşkilatında Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Həmin tədbirdə Ramil Vəlibəyovu onun müavini əvəz edib.

Məsələ ilə bağlı YAP-ın mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, nə zənglərimizə, nə də göndərilən sorğuya cavab verilib./nocomment.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR