Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts Almaniyanın keçmiş baş naziri Gerhard Şröderlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən bərk qəzəblənib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə kanslerin mətbuat katibinin müavini Steffen Meyer bildirib.
"Kansler bunu tamamilə əxlaqsız hesab edir", - deyə o qeyd edib.
9 oktyabrda Kreml Rusiya prezidentinin ad günü şənliyindən Putin və Şröderin şəklini dərc edib. Şröderin Moskvada Almaniyanın "Globus" şirkəti ilə bağlı işlərlə bağlı olduğu və Rusiya prezidentinin bundan xəbər tutandan sonra keçmiş kansleri evinə dəvət etdiyi bildirilib.
“Bild” qəzeti Şröderin Moskvaya səfərinin alman siyasətçiləri tərəfindən kəskin tənqidlərə səbəb olduğunu yazıb.
Moskva. 9 may 2005-ci il. Şröder, Şirak, Köçəryan, Buş və Putin
Qeyd edək ki, Şröderlə Putin arasında isti münasibətlər hələ birinincin öz ölkəsində federal kansler olduğu zamandan formalaşıb. O zaman Şröder hətta 9 mayda alman faşizmi üzərində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Moskvaya gəlirdi.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ