Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya qarşı qış aylarında genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumlarına hazırlaşdığı bir vaxtda iki NATO ölkəsinin qərarı Kiyev üçün ciddi narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, İspaniya və Yunanıstan istifadə müddəti başa çatmaq üzrə olan “Patriot” hava hücumundan müdafiə raketlərini belə Ukraynaya verməkdən imtina edir. Bu barədə Britaniyanın The Telegraph nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Yunanıstanın arsenalında istifadə müddətinin bitməsinə az qalmış təxminən 200 ədəd “Patriot” raketi var. Lakin Afina həmin raketləri Ukraynaya təhvil verməyə razılıq vermir.
İspaniya da analoji mövqe nümayiş etdirərək öz ehtiyatlarını Kiyevə göndərməkdən imtina edir. Avropa İttifaqı və NATO müttəfiq ölkələrə çağırış edərək Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün mövcud raket ehtiyatlarının paylaşılmasını istəyir. Məqsəd Ukraynanın Rusiyanın qış mövsümündə həyata keçirməyi planlaşdırdığı kütləvi hava hücumlarına tab gətirməsinə kömək etməkdir. Lakin nəşrin yazdığına görə, İspaniya və Yunanıstanı razı salmaq istiqamətində göstərilən səylər hələlik nəticəsiz qalıb.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ