İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaşinqtonun addımı məhkəməni çökdürə bilər" — 8 nəhəng dövlətdən XƏBƏRDARLIQ

Roma Statutuna üzv olan bir sıra aparıcı dövlətlər Birləşmiş Ştatların Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarına qarşı birgə bəyanatla çıxış ediblər.

Musavat.com xəbər verir ki, Kanada, Danimarka, Almaniya, Fransa, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniya Xarici İşlər nazirləri birgə bəyanat yayaraq BCM-in müstəqilliyi, tərəfsizliyi və bütövlüyünə dəyişməz dəstəklərini yenidən təsdiqləyiblər.

XİN rəhbərləri Vaşinqtonun məhkəməyə qarşı sanksiya qərarından təəssüf hissi keçirdiklərini və bu addımla qətiyyən razılaşmadıqlarını bildiriblər.

Bəyanatda məhkəmənin fasiləsiz fəaliyyətinin təmin olunmasının vacibliyi vurğulanıb, eyni zamanda sanksiyaların BCM-in işinə, onun əməkdaşlarına və ailələrinə ciddi mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib. Nazirlər BCM-ə dəstək məsələsində vahid mövqedən çıxış edəcəklərini və Roma Statutuna tərəf olmayan dövlətlərlə də konstruktiv dialoqu sürdürəcəklərini qeyd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR