Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Penza vilayətinin Serdobsk şəhərində mənzil sertifikatlarının verilməsi böyük qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, şəhərin meri Marina Yermakova sosial şəbəkədə iki çoxuşaqlı ailəyə verilən mənzil sənədlərinin fotosunu paylaşdıqdan sonra yerli sakinlərin kəskin etirazı ilə üzləşib.
Sakinlər uzun illər növbədə gözlədiklərini, lakin üstünlüyün miqrant ailələrinə verildiyini bildirərək korrupsiya ehtimalını gündəmə gətiriblər. Tənqidlərdən sonra mer şərhləri bağlayıb və paylaşımı silib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırmaya başlayıb. Yoxlama zamanı məlum olub ki, mənzil sertifikatları verilən iki qadın əslində Tacikistandan olan eyni kişinin arvadlarıdır. Üstəlik onların nikahları yalnız dini qaydada bağlanıb və hüquqi qüvvəyə malik deyil.
Qalmaqalın böyüməsindən sonra Marina Yermakova ictimai təzyiq səbəbindən istefa verdiyini açıqlayıb. İstintaq Komitəsi isə bildirib ki, çoxuşaqlı ailələrə verilmiş mənzil sertifikatları qanunsuz sayılır və vəzifəli şəxslərin səhlənkarlığı maddəsi ilə cinayət işi açılıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ