İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA: Bu ölkələr Ukraynaya gizli şəkildə nüvə silahı ötürür

Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynanı nüvə silahı ilə təmin etməyə hazırlaşdığını iddia edib.

Musavat.com xəbər verir ki, XKX-in məlumatına görə, avropalılar silahların ötürülməsini Ukraynanın öz layihəsi kimi təqdim etməklə ört-basdır etmək istəyirlər.

“Ukraynanın “möcüzə” ilə təchiz olunmasının zəruri olduğu hesab edilir”, - deyə XKX-in mətbuat bürosunun açıqlamasında bildirilir.

Qurumun iddiasına əsasən, Berlin isə “bu təhlükəli avantürada iştirakdan imtina edib”.

Rusiya qurumu London və Parisin hazırda Kiyevə komponentlər, avadanlıq və texnologiyaların ötürülməsini təşkil etməyə çalışdığını da irəli sürüb.

XKX hesab edir ki, M51.1 sualtı qayığından buraxılan ballistik raketdən Fransanın TN75 kiçik ölçülü döyüş başlığı nəzərdən keçirilir.

Qeyd olunub ki, Böyük Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmağa cəhd göstərəcəkləri təqdirdə məsuliyyətdən yayına bilməyəcəklər.

“Bütün gizli məqamlar gec-tez üzə çıxacaq”, - deyə Rusiya xüsusi xidməti bəyan edib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR