İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş...

"Şəki Yaylası" istirahət mərkəzində baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirənlərdən Ucal Bayramov Akademik Zərifə Əliyeva adına liseyin məzunu olub.

Musavat.com Xitab24.az-a istinadla xəbər verir ki, 27 yaşlı Ucal ötən ilin sentyabrın 7-də evlənib.

Onların Şəkiyə evliliklərinin bir ilini qeyd etmək məqsədilə getdikləri bildirilir.

Unikal-ın məlumatına görə, Ucal DOST Agentliyinin əməkdaşı olub.

Qeyd edək ki, istirahət mərkəzində hadisə qurbanlarından olan Coşqun Məmmədov kanatdan istifadə edən zaman tros qırılıb. Qopan tros yerdə olan Ucal Bayramova dəyib. Hadisə nəticəsində hər iki gənc həyatını itirib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR