Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktyor Serhat Kılıçın sentyabrın 5-də vəfat etməsindən sonra diqqətçəkən və ürəkdağlayan detal üzə çıxıb.
Musavat.com xəbər verir ki, aktyorun 2015-ci ildə çəkilən “Robinson Crusoe və Cümə” filmində baş rolu paylaşdığı Malavi əsilli aktyor Con Nyambi də məhz sentyabrın 5-də dünyasını dəyişib.
“Ezel”, “Seksenler” və “Kuruluş Osman” kimi məşhur ekran işlərindəki rolları ilə tanınan Serhat Kılıç üçün Harbiye Muhsin Ertuğrul səhnəsində anım mərasimi keçirilib.
Mərasimdən sonra ortaya çıxan məlumata görə, Kılıçın “Robinson” obrazını canlandırdığı filmdə “Cümə” rolunu oynayan Con Nyambi 5 sentyabr 2017-ci ildə həyatını itirib.
Serhat Kılıçın da 5 sentyabr 2026-cı ildə vəfat etməsi iki aktyorun ölüm tarixlərinin tam 9 il fərqlə eyni günə düşdüyünü ortaya qoyub.
Malavi əsilli Con Nyambi 2010-cu ildə universitet təhsili almaq üçün Türkiyəyə gəlib. O, Karadeniz Texniki Universitetinin Biologiya fakültəsində təhsil alıb.
Təhsil aldığı illərdə kino dünyasına qədəm qoyan Nyambi 2015-ci ildə ekranlara çıxan “Robinson Crusoe və Cümə” filmində Serhat Kılıçla birlikdə rol alıb.
Gənc aktyor 5 sentyabr 2017-ci ildə, cəmi 24 yaşında, böyrək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Serhat Kılıçın qəfil vəfatından sonra onun illər əvvəl eyni filmdə rol aldığı aktyorun da eyni təqvim günündə həyatını itirməsi sosial mediada və sənət çevrələrində diqqət çəkən acı təsadüf kimi qarşılanıb.
İki aktyoru bir araya gətirən “Robinson Crusoe və Cümə” filmi isə bu kədərli tarix üst-üstə düşməsindən sonra yenidən gündəmə gəlib.
Könül
Musavat.com

10 Sentyabr 2026
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ