Onlayn ictimai-siyasi qəzet
Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb. Bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.
Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov yaxalanıb. Oğurlanmış barelyefin satıldığı i yer aşkar edilib və maddi sübut kimi götürülüb. Baxış zamanı barelyefin hissələrə doğranmış vəziyyətdə olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.
Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.
1999-cu ildə vəfat edib.
2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.
Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur.//anews.az


09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ