İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı xətt çəkildi: İran Ordusu gəmilərin keçidini HƏMİŞƏLİK QADAĞAN EDİR

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran tərəfindən elan ediləcək qadağan olunmuş zonaya daxil olan bütün gəmilərin Hörmüz boğazından keçidinin əbədi olaraq qadağan ediləcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi xüsusi xəbərdarlıqla çıxış edib.

Hərbi rəsminin sözlərinə görə, İran Hörmüz boğazından şərqə doğru yerləşən dəniz ərazisini gəmiçilik üçün qapalı və qadağan olunmuş zona elan edir.

Məhdudiyyət zonası təxminən Çabahar limanından başlayaraq Oman körfəzi və Ərəb dənizinin müəyyən hissələrinə qədər uzanacaq.

SEPAH nümayəndəsi vurğulayıb ki, bağlanan dəniz ərazisinin dəqiq coğrafi koordinatları yaxın vaxtlarda ictimailəşdiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR