Onlayn ictimai-siyasi qəzet
2010-2012-ci illərdə yayımlanan “Yahşi Cazibe” serialında “Simge” obrazını canlandıran Hande Katipoğlu performansı ilə dövrün yadda qalan simalarından biri olmuşdu.
Musavat.com xəbər verir ki, serialda Hakan Yılmazın canlandırdığı Kemalın sevgilisi “Simge” obrazı ilə tamaşaçı qarşısına çıxan Katipoğlu, xüsusilə “Mağdurum da mağdurum” (“Mən də məzlumam, mən də məzlumam”) ifadəsi ilə yaddaşlarda qalıb.
Hande Katipoğlu “Yahşi Cazibe”dən sonra “Pis Yedili”, “Paşa Gönlüm”, “Kalbim Ege'de Kaldı”, “N'olur Ayrılalım”, “Jet Sosyete” və “Tutunamayanlar” kimi layihələrdə rol alıb.
Bir müddətdir ekranlardan uzaq qalan aktrisa Fikret Kuşkan, Hande Soral, İlayda Alişan, Seçkin Özdemir, Yusuf Çim, Nil Sude Albayrak, Berk Bakioğlu, Ferit Aktuğ və Anıl Çelikin yer aldığı “Evlilik Güzeldir” serialı ilə yenidən tamaşaçı qarşısına çıxıb.
“Yahşi Cazibe” serialındakı sarı saçları ilə yaddaşlarda qalan Hande Katipoğlu yeni serialında qısa qəhvəyi saçları və daha sadə görünüşü ilə kamera qarşısına keçib.
Aktrisanın dəyişimini görənlər sosial şəbəkələrdə “Sanki tamam başqa biri olub”, “Heç cür tanıya bilmədim”, “Bu, həqiqətən odur? Amma danışığı hələ də eynidir” və “Nə qədər də dəyişib” kimi şərhlər yazıblar.
Könül
Musavat.com



09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ