İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Vaşinqtonla bağlı KRİTİK ETİRAF

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə Vaşinqton tərəfindən Kiyevə göstərilən yardımın həcmi hiss olunacaq dərəcədə azalıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov "Vesti" informasiya sisteminə verdiyi müsahibədə bildirib.

Uşakov vurğulayıb ki, əvvəlki iki prezidentlik dövrü ilə müqayisədə ciddi fərq göz önündədir: "Kiyevə göstərilən hərbi və digər köməklərin kütləvi xarakter daşıdığı əvvəlki iki prezidentlik dövrü ilə müqayisə etsək, əlbəttə ki, indi Trampın rəhbərliyi altında bu yardım gözəçarpacaq dərəcədə azalıb, bunu etiraf etmək lazımdır".

Bununla belə, Rusiya liderinin köməkçisi əlavə edib ki, münaqişənin tez bir zamanda tam nizamlanması və sülhün bərqərar olması üçün Birləşmiş Ştatlar Kiyev rejiminə hər cür hərbi və maliyyə dəstəyini tamamilə dayandırmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR