İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın baş ravvini: "Onların məqsədi daha çox günahsız insan öldürməkdir"

Rusiyanın baş ravvin Berl Lazar Dağıstanda baş verən hücumu Mahaçqala hava limanında törədilən basqınla əlaqələndirib.

Musavat.com Rusiya mediaslnda istinadla xəbər verir ki, ravvin Lazar deyib: “Bizim bütün cəmiyyətimiz Dağıstanda törədilən iyrənc cinayətdən - ikiqat terror aktından şoka düşüb. Cəmi altı ay əvvəl biz Mahaçqala hava limanında və Xasavyurtda terror aktlarının şahidi olduq: indi isə daha dəhşətli, çoxsaylı insan tələfatı ilə yeni bir hücum olub".

Berl Lazar deyib ki, onun xalqı beynəlxalq terrorizmin nə olduğunu yaxşı bilir. "Eyni misantropik ideologiyanın daşıyıcıları Yaxın Şərqdə, Avropada və Amerika qitəsindəki dindaşlarımı və soydaşlarımı dəfələrlə qətlə yetiriblər. Bəzən onlar millətçi, separatçı, hətta dini şüarlar arxasında gizlənirlər – lakin onların məqsədi həmişə eynidir: mümkün qədər çox günahsız insanı öldürmək, başqalarının qəlbinə qorxu və inamsızlıq səpmək”, - baş ravvin bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR