İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinin sülh şərtlərini məqbul saymır, Zelenskini alverçi sayır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu fikri hazırkı prezident Co Baydenlə teledebat zamanı jurnalistin müvafiq sualına cavab verib.

Tramp deyib: "Baxın, bu elə müharibədir ki, bizim liderimiz olsaydı, heç vaxt başlamamalı idi. O, Ukraynaya 200 milyard dollar ayırıb - bu, çox böyük puldur. Heç vaxt belə şey olmayıb. Zelenski hər dəfə ABŞ-a gələndə 60 milyard dollarla gedir. O, dünyanın ən yaxşı alverçisidir”.

Qeyd edək ki, Tramp son illərdə birmənalı olaraq Rusiyanın lehinə, Ukraynanın əleyhinə danışır. O, Ukraynada sülhə nail olmağın yolunu Moskvanın bu ölkəni tamamilə işğal etməsində görür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR