İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin sessiyası BAŞA ÇATDI

6-cı çağırış Milli Məclisin növbədənkənar sessiyası öz işini yekunlaşdırıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova iclasın yekununda nitq söyləyib.

Azərbaycan parlamentarizmindən bəhs edib, həmçinin qarşıdan gələn Polis Günü münasibətilə təbriklərini çatdırıb.

Spiker növbədənkənar sessiyanın keçirildiyi 21 gündə 5 iclas ərzində 31 qanun və qərarın qəbul olunduğunu, Milli Məclisdə bir ictimai dinləmə keçirildiyini xatırladıb. O bildirib ki, Milli Məclisin 14 deputatı 17 xarici ölkəyə səfər edib. 8 xarici ölkənin nümayəndələri Milli Məclisə təşrif buyurub.

Himnin oxunması ilə sessiya başa çatıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR