Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, 2026-cı ildə Rusiya Donetsk və Zaporojye ərazilərində tam nəzarət qurmağa çalışacaq.
Musavat.com xəbər verir ki, bu barədə o, "Suspilne"yə verdiyi müsahibədə bildirib.
Budanovun sözlərinə görə, Moskvanın planları açıq-aydın görünür: "Bu, Donetsk vilayəti üzərində tam nəzarət əldə etmək, Dnepropetrovsk vilayətində maksimum irəliləyiş əldə etmək və Zaporojye ilə Xerson vilayətlərində əməliyyatları davam etdirmək cəhdidir".
O həmçinin vurğulayıb ki, Rusiya heç vaxt niyyətlərini gizlətməyib: "Sərhəd boyunca sanitar (və ya bufer) zonaların ölçüsünü artırmaqla yanaşı, əsas məqsədlər bunlardır. Ümumilikdə, 2026-cı ilin hədəfi Donbas və Zaporojye vilayətidir".
Budanov əlavə edib ki, Zaporojye vilayətinin tam ələ keçirilməsi rusların "xəyalları"dır.
Budanov həmçinin bildirib ki, Rusiyanın cari il üçün səfərbərlik planı 403 min nəfərin cəlb edilməsini nəzərdə tutub:
"Yanlış etmirəmsə, 2 dekabra qədər bu planın təxminən 103%-i yerinə yetirilib. 2026-cı il üçün isə plan 409 min nəfərdir".
O qeyd edib ki, əvvəlki illərdə Rusiya səfərbərlik planlarını mütəmadi olaraq həyata keçirib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ