Onlayn ictimai-siyasi qəzet
Ermənistanın revanşist siyasi dairələri Azərbaycanda həbsdə olan qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın 58 illiyini müxtəlif bəyanatlarla gündəmə gətiriblər.
Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan Vardanyanı “əsl vətənpərvər” adlandıraraq onun hər cür məhrumiyyətə hazır olduğunu bildirib.
O, Vardanyanın erməni xalqı üçün mühüm xidmətlər göstərdiyini iddia edib.
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan isə paylaşımında Vardanyanın həbsdə olsa belə iradəsini itirmədiyini və insanlara ümid verdiyini qeyd edib.
Musavat.com
14 Iyul 2026
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ