Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Bank rəhbərinin dəyişməsi ətrafında müzakirələr, mümkün namizədlər...
Son on ildə Rusiyanın maliyyə sisteminin əsas simalarından biri olan Elvira Nabiullina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməməsi ətrafında yaranmış müəmma mediada ciddi müzakirə edilməkdədir. Ölkənin iqtisadi gündəliyinin formalaşdığı əsas platformalardan biri hesab olunan Sankt-Peterburq Forumda həmşə iştirak edən Milli Bank sədrinin tədbirə qatılmaması dərhal reaksiyalar doğurub.

Rəsmi səbəb budur ki, Milli Bank səıdrinin yaxın köməkçisi olan Aleksey Mojinin vida mərasimində iştirakıdır. Ancaq siyasi və maliyyə dairələrində bu gözlənilən dəyişikliklərin ilk açıq siqnalı hesab olnur.
Qeyd edək ki, bu günlərdə “Reuters” də Nabiullinanın vəzifədən mümkün gedişi ilə bağlı yazıb. Bildirilirdi ki, əgər fövqəladə hadisə baş verməsə, Nabiullinanın səlahiyyət müddəti gələn il başa çatır. Məlumata görə, onunla birlikdə Mərkəzi Bankın aparıcı kadrlarının da böyük hissəsi sistemdən gedə bilər. Bu isə alternativ peşəkar komandanın olmaması şəraitində ciddi problem yaradacaq.
Nabiullina uzun illər ərzində Rusiyada maliyyə sabitliyinin əsas təminatçılarından biri kimi çıxış edib. Onun yüksək faiz dərəcələri, inflyasiyaya qarşı mübarizə və pul kütləsinə ciddi nəzarət üçün apardığı sərt maliyyə siyasaəti müzakirə olunub. Sənaye və sahibkarlar illərlə yüksək kredit faizlərindən şikayət ediblər. Lakin buna baxmayaraq, Nabiullinanın mövqeyi sarsılmırdı. Vəziyyət isə büdcə siyasəti ilə bağlı fikir ayrılığından sonra dəyişmiş ola bilər.
Məlumatlara görə, Mərkəzi Bank rəhbərliyi prezident Vladimir Putin qarşısında dövlət xərclərinin azaldılmasını təklif edib. Bu isə mövcud siyasi kursla ziddiyyət təşkil edir.
Çünki Rusiyada iqtisadi modelin əsas sütunlarından biri məhz yüksək dövlət xərcləridir – xüsusilə də geosiyasi gərginlik və sanksiyalar fonunda. Bu baxımdan, xərclərin azaldılması ideyası sadəcə iqtisadi təklif deyil, həm də siyasi risk kimi qəbul edilə bilər.
“Novaya qazeta”yazır ki, Nabiullinanın mümkün gedişi fonunda bir neçə fiqurun adı ön plana çıxır.
Onlaredan biri Maksim Oreşkindir. O, Prezident Administrasiyasında işləyir və güclü siyasi dayaqlara malikdir. Onun üstünlüyü sistem daxilində təsir imkanlarıdır. Lakin bu post onun üçün daha çox risk, daha az imkan demək ola bilər. Pyotr Fradkov son illərdə dövlət layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayıb. Onun əsas üstünlüyü hakimiyyətə yaxınlığıdır. Amma bu, Mərkəzi Bankın müstəqilliyi üçün suallar yaradır.
Andrey Kostin uzun illərdir maliyyə sistemində əsas oyunçulardan biridir. Onun siyasi çəkisi böyükdür, lakin o, daha çox bankir kimi qalmağa üstünlük verir.
Maraqlı məqam odur ki, bu vəzifə nə qədər nüfuzlu görünsə də, hazırkı şəraitdə o, ən riskli postlardan birinə çevrilib. Mərkəzi Bank rəhbərinin dəyişməsi yalnız elitaların problemi deyil.Bu qərar birbaşa əhalinin gündəlik həyatına təsir edir.

Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.
Elviranın “ulduzu” nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ