Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran dialoqu davam etdirməyə hazırdır, lakin ölkənin suverenliyinə və müdafiə potensialına toxunan güzəştlərə getmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, İrana qarşı aparılan məcburi müharibə zamanı ölkə rəhbərliyi milli maraqları qorumaq məqsədilə danışıqlara razılıq verib.
Xüsusilə, Tehran Avropanın nümayəndələri ilə müəyyən qarşılıqlı anlaşmaya nail olub.
Bununla belə, İran prezidenti bildirib ki, Avropa ölkələri ABŞ-dan müstəqil siyasət yürütmür və danışıqlardan sonra İrana qarşı yeni güc tətbiqini dəstəkləyiblər.
Pezeşkian vurğulayıb ki, diplomatiya ilə hərbi güc bir-birinə zidd deyil. Onun sözlərinə görə, İran hərbi potensialının azaldılması ilə bağlı tələbləri qəbul etməyəcək.
“İran heç vaxt sındırılmayacaq və hərbi, müdafiə gücündən imtina etməyəcək”, - deyə İran Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, İran İsraildən fərqli olaraq, sərhədlərini genişləndirməyə çalışmır.
Pezeşkianın sözlərinə görə, ABŞ və İsrail Fars körfəzi ölkələrini İrana qarşı birləşdirə bilməyiblər.
İran prezidenti həmçinin özü ilə ölkənin Ali Rəhbəri arasında, eləcə də hökumətlə ölkənin silahlı qüvvələri arasında fikir ayrılıqları olması barədə məlumatları təkzib edib.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ