İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: TRIPP layihəsi çərçivəsində sərhədin delimitasiyası üzrə aktiv iş gedir

Azərbaycan–Ermənistan sərhədinin demarkasiyası TRIPP layihəsinin reallaşdırılması üçün zəruri şərt kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Paşinyanın sözlərinə görə, hazırda müəyyən işçi proseslər gedir və uyğun məqamda demarkasiya prosesi davam etdiriləcək:

“Hazırda müəyyən işçi proseslər aparılır və münasib vaxt yaranan kimi demarkasiya prosesi davam etdiriləcək. Təbii ki, hər şey yerində – ərazidə həyata keçiriləcək. Çünki kommunikasiya xətlərinin və TRIPP layihəsinin işə salınması üçün ən azı bu sərhəd sahələri demarkasiya olunmalıdır”, – deyə Ermənistanın baş naziri bildirib.

O əlavə edib ki, hazırda ərazidə aktiv işlər aparılır və yeniliklər olduqca ictimaiyyətə məlumat veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR