Onlayn ictimai-siyasi qəzet
Pakistanda polis məntəqəsinin yaxınlığında baş verən güclü partlayış ağır insan tələfatı və dağıntılara səbəb olub.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub, daha 20-yə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışın gücündən ətrafdakı binalara və avtomobillərə də ciddi ziyan dəyib.
Məlumata görə, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır, bu səbəbdən ölü sayının artacağı istisna edilmir.
Musavat.com
03 Avqust 2026
02 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ