İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü pilot kimi təqdim etdi və dörd il ərzində...

Keçmiş kanadalı stüard ABŞ aviaşirkətlərindən yüzlərlə pulsuz uçuş əldə etməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, istintaqın məlumatına görə, o, özünü pilot və ya uçuş heyətinin üzvü kimi təqdim edərək müxtəlif imtiyazlardan yararlanıb.

Məlumata əsasən, kişi ötən il Panamada saxlanılıb, lakin yalnız indi ABŞ-a ekstradisiya olunub. O, irəli sürülən ittihamları qəbul etmir.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs həqiqətən də 2017–2019-cu illərdə Torontoda bələdçi-stüard kimi çalışıb. Daha sonra isə əvvəlki iş yerinə aid sənədləri saxtalaşdıraraq, özünü guya fəaliyyətdə olan və ya təqaüddə olan pilot kimi təqdim edib və bu yolla dörd il ərzində saysız-hesabsız pulsuz uçuşlar həyata keçirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR