Onlayn ictimai-siyasi qəzet
Norveç hakimiyyəti Ukraynanın Naftogaz şirkətinin tələbi ilə Svalbardda Rusiyanın "Professor Molchanov" tədqiqat gəmisini həbs edib.
Musavat.com xəbər verir ki, məlumatı Svalbard qubernatorunun ofisi yayıb: "Svalbard qubernatoru Nord-Troms Rayon Məhkəməsinin qərarı ilə Barentsburqda lövbər salmış Rusiya "Professor Molchanov" gəmisini saxlayıb".
Bildirilib ki, 31 avqustda rayon məhkəməsi Naftogaz şirkətinin 2014-cü ildə Krım aktivlərinin itirilməsindən sonra şirkətin vəsaitlərin geri qaytarılması uğrunda mübarizəsi çərçivəsində qaldırdığı iddia əsasında gəminin həbs olunması barədə qərar verib.
Gəminin qubernator və ya Nord-Troms Rayon Məhkəməsi fərqli bir qərar qəbul edənə qədər Barentsburqda qalması əmr edilib.
Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı üzrə naziri Aleksey Çekunkov bildirib ki, Norveç hakimiyyətinin Naftogaz şirkətinin tələbi ilə Rusiya gəmisi Professor Molchanovu həbs etmək qərarına etiraz ediləcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə “İzvestiya”ya bildirib ki, Norveçə müvafiq cavab veriləcək.
Qeyd edək ki, Naftoqaz Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı Krımın işğalı zamanı ələ keçirilən aktivlərinin dəyəri olaraq 4,5 milyard dollarlıq iddia qaldırıb və onu udub.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ