İnsanlara hürriyət, millətlərə istiqlal!

Müctəba Xameneiyə SUİ-QƏSD planı və Rəisinin SİRLİ ÖLÜMÜ: Xərrazidən QALMAQALLI AÇIQLAMA - VİDEO

İran Hizbullahının baş katibi Məhəmmədbağır Xərrazinin açıqlamaları ölkədə qalmaqala səbəb olub.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, radikal din xadimi çıxışında İranın ali rəhbəri Müctəba Xameneinin 3 il əvvəl atasının ofisindən uzaqlaşdırılmasına toxunub.

Xərrazinin sözlərinə görə, əgər Müctəba həmin vəzifədə qalsaydı, onu öldürmək istəyənlər olacaqdı. O, bu barədə ilk dəfə danışdığını bildirib.

Molla qeyd edib ki, Əli Xameneinin prezidentliyi dövründə də bəzi şəxslər onun ölümünü istəyirmiş.

Ən qalmaqallı iddia isə keçmiş prezident İbrahim Rəisi ilə bağlı səsləndirilib. Xərrazi iddia edib ki, Rəisi ali rəhbər olmaq fikrinə düşdüyü üçün aradan götürülüb.

Din xadimi açıqlamasının davamında Ayətullah Xomeyninin ofisi və bəzi siyasi şəxslərlə bağlı da ittihamlar səsləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR