İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska qadağası aradan qalxıb – Bakı rahat nəfəs ala bilirmi? – Videosorğu

Azərbaycanda maskadan istifadə tələbi ləğv edilib.

Xəbər verdiyimiz kimi, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadəyə ehtiyac olmadığı bildirilib.

Bu gün, may ayının 4-ü, maska tələbinin ləğv edilməsinin isə 4-cü günüdür. Ramazan bayramından sonra sakinlər, 2 ildən sonra ilk dəfə işlərinə, təhsil müəssisələrinə maskadana istifadə etmədən gedə biləcəklər.

Bəs maska tələbinin aradan qaldırılmasından sonra paytaxt sakinləri rahat nəfəs ala bilirlərmi? Yəni iş yerlərində, nəqliyyat vasitələrindən istifadə edəndə rahatlıq tapıblarmı? Eyni zamanda hələ də maskadan istifadə edən varmı?

Mövzu ilə bağlı Müsavat Tv-nin əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.



Nərminə Aydın, Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR