İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Abbasa BMT qapıları BAĞLANDI

ABŞ prezidenti Donald Trampın administrasiyası ikinci ildir ki, Fələstin prezidenti Mahmud Abbasa və digər fələstinli rəsmilərə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti bu qərarı Fələstin rəhbərliyinin İsraillə sülh tənzimlənməsi üzrə əvvəlki sazişlər çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırıb.

Qurum BMT-nin Beynəlxalq Məhkəməsində və Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı hüquqi addımların davam etdirilməsini, həmçinin hücumlar törətməkdə təqsirli bilinərək həbs edilənlərin ailələrinə ödənişlərin edilməsini xüsusi qeyd edib.

“ABŞ qarşısında götürülmüş öhdəliklərə baxmayaraq islahatların aparılmaması və sülh perspektivlərinə zərbə vurulması səbəbindən Birləşmiş Ştatlar Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə və Fələstin Milli Administrasiyasının vəzifəli şəxslərinə viza imtinasını nəzərdə tutan məhdudiyyətlərin müddətini uzadır”, - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR