Onlayn ictimai-siyasi qəzet
Erməni Milli Konqresi 2026-cı ildə keçiriləcək parlament seçkilərində müstəqil şəkildə iştirak edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə partiyanın sədr müavini Aram Manukyan bildirib.
Qeyd olunub ki, Erməni Milli Konqresinin seçki siyahısına siyasi qüvvənin digər sədr müavini Levon Zurabyan başçılıq edəcək. O, eyni zamanda Ermənistanın baş nazirliyinə namizəd olacaq.
Xatırladaq ki, Erməni Milli Konqresinə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ