Onlayn ictimai-siyasi qəzet
Konqresə dəstəkləməsə, Vaşinqton administrasiyası ABŞ prezidenti Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın buraxılmasında təkid etməyəcək.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Maliyyə naziri Skott Bessent ABŞ Senatının Maliyyə Komitəsinin dinləməsində çıxış edib.
O, Konqres müvafiq qanun layihəsini təsdiqləməsə, administrasiyanın plandan imtina edib-etməyəcəyi sualına cavab verib:
"Əlbəttə. Biz qanuna əməl edəcəyik".
Qeyd edək ki, Bessent mayın sonunda təsdiqləyib ki, onun nazirliyi sözügedən əskinasın dizaynını hazırlayır. O vaxt qeyd etdiyi kimi, onun dövriyyəyə buraxılması üçün qanunvericilikdə dəyişiklik tələb olunacaq. Nazir həmçinin bildirib ki, "hazırda heç bir canlı şəxs Amerika valyutasında görünə bilməz". O əlavə edib ki, bu tələbi dəyişdirən qanun layihəsinin Nümayəndələr Palatasında müzakirə olunması gözlənilir.
"The Washington Post" qəzetinin əvvəllər xəbər verdiyi kimi, ABŞ Maliyyə Nazirliyi hazırkı prezidentin təsviri olan 250 dollarlıq əskinas yaratmaq ideyasını irəli sürüb. Əgər bu baş verərsə, Tramp 150 il ərzində sağ ikən dollar əskinasında görünən ilk şəxs olacaq.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ