İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti və ailəsinə sui-qəsd CƏHDİ - Petro helikopterlə QAÇDI

Kolumbiya prezidenti Qustavo Petro və ailəsinin olduğu helikopter sui-qəsd cəhdi səbəbindən istiqamətini dəyişməyə məcbur olub.

Musavat.com xəbər verir ki, məlumatı Petro özü hökumət iclasında açıqlayıb:

"Mən lazım olan yerə enmədim, çünki qorxdum ki, helikopterə  atəş açacaqlar, orada mənim uşaqlarım da var idi".

Prezident bildirib ki, o, "sui-qəsddən qaçıb": "Açıq dəniz üzərində dörd saat uçduq və planlaşdırmadığımız yerə enməli olduq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR