İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada məhsulları ABŞ dövlət satınalmalarından çıxarılır

ABŞ Prezidenti Donald Tramp Kanada mənşəli məhsulların ABŞ dövlət satınalma sistemindən çıxarılmasını əmr edib.

Musavat.com xəbər verir ki, onun açıqlaması Ağ Evin saytında yerləşdirilib.

ABŞ Prezidenti bildirib ki, Kanada hakimiyyəti "Amerika şirkətlərinə əsassız olaraq yeni ticarət maneələri tətbiq edib", baxmayaraq ki, "Kanada şirkətləri ABŞ dövlət satınalma sisteminə imtiyazlı girişdən istifadə etməyə davam edirlər". O qeyd edib ki, Kanada malları ABŞ dövlət satınalma sistemində ümumilikdə 280 milyard dollardan çox vəsait təşkil edir: "Mənim administrasiyam bu cür əsassız və ya ayrı-seçkilik təcrübələrinə qarşı çıxmaq üçün həmişə tədbirlər görəcək".

Trampın açıqlamasına görə, o, Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vought-a ABŞ Ticarət Nümayəndəsi Ofisi və federal qurumların rəhbərləri ilə əlaqələndirərək "ABŞ dövlət satınalma sistemində Kanada mənşəli məhsulların müəyyən edilməsini" tapşırıb. O, həmçinin alternativ Amerika istehsalı olan malların siyahısının tərtib olunmasını da əmr edib.

Daha əvvəl Tramp ABŞ qurumlarına 50 milyard dollarlıq Kanada məhsullarını illik dövlət satınalma planlarından çıxarmağı tapşırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2026

17 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR