İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda 300 min azərbaycanlı mübahisəsi – Karapetyanın yalanı üzə çıxdı

Ermənistanda seçki kampaniyası fonunda hakimiyyətə yaxın media resursları ilə müxalifət arasında qarşılıqlı ittihamlar davam edir.

Musavat.com xəbər verir ki, Paşinyana yaxınlığı ilə tanınan “Bagramyan 26” teleqram kanalı “Güclü Ermənistan” partiyasının nümayəndəsi Narek Karapetyanı növbəti dəfə sərt tənqid edib.

Kanalın iddiasına görə, Karapetyan son günlər verdiyi müsahibələrdə və debatlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin guya “300 min azərbaycanlı Ermənistana qayıtmalıdır” məzmunlu bəyanat verdiyini bildirib. “Bagramyan 26” isə bu açıqlamanın həqiqətə uyğun olmadığını bildirir.

Kanalın yazdığına görə, yoxlama zamanı Hikmət Hacıyevin həqiqətən də 300 min azərbaycanlı barədə danışdığı müəyyən edilib, lakin söhbət Ermənistana qayıdışdan deyil, Azərbaycanın məcburi köçkün olmuş təxminən 300 min vətəndaşının mənzillə təmin edilməsindən gedib.

CROSSMEDIA - Narek Karapetyana qarşı cinayət işi açılıb

Paşinyana yaxın resurs Karapetyanı qəsdən yanlış məlumat yaymaqda ittiham edib və onun ictimai həssaslıq doğuran mövzulardan siyasi məqsədlər üçün istifadə etdiyini irəli sürüb. Kanal öz paylaşımında Narek Karapetyana qarşı son dərəcə sərt ifadələr işlədərək, onu “yalan danışmaqda”, “cəmiyyəti çaşdırmaqda” və “manipulyasiya etməkdə” günahlandırıb. “Bundan sonra bu iyrənc tipə alçaq və mənəviyyatsız deməyəsən, bəs nə deyəsən?”, - yazıda bu kimi ifadələr keçib.

Qeyd edək ki, Ermənistan seçkiləri ərəfəsində Qarabağ, azərbaycanlıların qayıdışı, sülh prosesi və regional münasibətlər mövzuları ölkədaxili siyasi mübarizənin əsas müzakirə predmetlərindən birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR