Onlayn ictimai-siyasi qəzet
Bağdadda vəziyyət sürətlə gərginləşir, etirazçılar paytaxtın ən qorunan ərazisinə doğru hərəkət edir.
Musavat.com xəbər verir ki, İrana dəstək məqsədilə səhər saatlarından başlayan aksiyalar axşam saatlarında daha kəskin mərhələyə keçib. Yüzlərlə etirazçı diplomatik nümayəndəliklərin və hökumət binalarının yerləşdiyi “Yaşıl Zona”ya doğru irəliləyərək ABŞ səfirliyinə yaxınlaşmağa cəhd edib.
Məlumata görə, təhlükəsizlik qüvvələri səfirlik ətrafında gücləndirilmiş rejimə keçib, əraziyə əlavə polis və hərbi kontingent cəlb olunub. Barrikadalar qurulub, giriş-çıxışlar məhdudlaşdırılıb. Bəzi qrupların təhlükəsizlik kordonunu yarmağa çalışdığı bildirilir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ