İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar nəzarətdən çıxdı: polis binası ələ keçirildi, dustaqlar azad edildi

İranın Babol şəhərində etirazçılar polis idarəsinin binasına hücum ediblər.

Musavat.com xəbər verir ki, hadisə zamanı təhlükəsizlik qüvvələrinin atəş açmasına baxmayaraq, etirazçılar onlarla saxlanılan etirazçını azad etməyə nail olublar.

Məlumata görə, saxlanılanlar azad edildikdən sonra polis binası yandırılıb. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılır və ölkədə etirazların yeni, daha sərt mərhələyə keçdiyini göstərir.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib. Lakin Babolda baş verənlər İranda təhlükəsizlik strukturlarının birbaşa hədəfə çevrildiyini və küçə etirazlarının açıq toqquşma səviyyəsinə yüksəldiyini nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR