İnsanlara hürriyət, millətlərə istiqlal!

İran müharibə HAZIRLIĞINDA - Vilayəti "Hizbullah"a MÜRACİƏT ETDİ

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Hizbullah"ın baş katibi Naim Qasema göndərdiyi məktubda İslam Respublikasının “hər hansı xarici təhdidə tam hazır” olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə İran mediası Vilayətinin sözlərinə istinadən bildirib.

"İran əsas müqavimət dayağı kimi başqalarına qarşı təcavüz niyyətində deyil və istənilən təhdidə, xarici düşmənə, xüsusən də ABŞ və İsrailə qarşı tam hazırdır", - o deyib.

Eyni zamanda, İran ordusunun nümayəndəsi Əmir Əkrəminya Amerika hərbi bazalarının İranın hədəfində olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampa güzəşt və müharibə arasında seçim etməli olduğu barədə xəbərdarlıq edib.

Əmir Əkraminya bildirib ki, "Amerika bazalarına giriş bizim üçün asandır və bu, onların həssaslığını artırıb. Biz özümüzü müdafiə etməyə hazırıq və güzəştlə müharibə arasında qərar verməli olan Amerika prezidentidir".

Beynəlxalq monitorinq xidmətləri gecə ərzində ən azı 12 ədəd X-C-17 hərbi-nəqliyyat təyyarəsinin Yaxın Şərq istiqamətində hərəkət etdiyini qeydə alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR