Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.
Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ