İnsanlara hürriyət, millətlərə istiqlal!

İran açıqladı: Haraya neçə raket düşüb?

İran rəsmi mənbələri ölkə ərazisinə endirilən raket zərbələrinin statistikasını açıqlayıb.

Musavat.com xəbər verir ki, daxil olan rəsmi məlumatlara görə, raketlərin hədəfləri və dəqiq sayları belədir:

Əbu Musa adası və Sirik limanı – 4 raket zərbəsi: Bu istiqamətə ümumilikdə 4 raket endirilib. Məlumata görə, bu raketlərdən ikisi strateji əhəmiyyətə malik Əbu Musa adasına, digər ikisi isə Hörmüzqan əyalətinin şərqində yerləşən Sirik bölgəsinə düşüb.

Buşehr hərbi bazası – 2 raket zərbəsi: ABŞ ordusu eyni zamanda İranın Buşehr şəhərinin cənubunda yerləşən hərbi bazaya da iki raket zərbəsi endirib.

Açıklamada qeyd olunur ki, bu hadisələrdən sonra Bəndər-Lengeh istiqamətindən, dəniz üzərindən gələn güclü partlayış səsləri eşidilib.

Hədəflərin dəqiq xarakteri və bölgədə baş verən mümkün dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR