İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqarə anasına oxşarlığı ilə diqqət çəkdi - FOTO

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova sosial şəbəkədə yeni fotosunu izləyiciləri ilə paylaşıb.

Musavat.com xəbər verir ki, İlqarənin bu fotosu qısa zamanda böyük maraq doğurub.

Onun fərqli üslubu, zərif görünüşü və xüsusilə də məşhur anası Aygün Kazımovaya olan nəzərəçarpacaq bənzərliyi sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.

Paylaşıma çoxsaylı bəyənmələr və rəylər gəlib. İzləyicilər İlqarənin son zamanlar daha da dəyişdiyini, klassik və eleqant tərzinin ona çox yaraşdığını qeyd ediblər. Bir çoxları isə şərhlərdə “anasının gəncliyi”, “Aygün Kazımovanın oxşarı” kimi ifadələrdən istifadə edərək bu oxşarlığı vurğulayıblar.

Qeyd edək ki, İlqarə Kazımova uzun fasilədən sonra yenidən yaradıcılıq fəaliyyətinə qayıdıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR